Martino: "Messinin problemi maaşı ilə bağlı deyil"

15:16 | 11.12.2013
Martino: "Messinin problemi maaşı ilə bağlı deyil"

Martino: "Messinin problemi maaşı ilə bağlı deyil"

"Barselona" klubunun baş məşqçisi Xerarto Martino futbolçusu Lionel Messinin komandasından daha yüksək maaş tələb etməsinə münasibət bildirib.Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis futbolçuların müqavilələri ilə bağlı məsələlərə qarışmadığını deyib:"Futbolçularımın müqavilələri ilə bağlı məsələlərə heç vaxt qarışmamışam. Bundan sonra da qarışmaq fikrim yoxdur. Düşünürəm ki, Messsi də digər futbolçular kimi oyunlara lazımi səviyyədə hazırlaşmaq üçün özünü yaxşı hiss etməlidir. Onun problemi maaşı ilə bağlıdır? Mən belə düşünmürəm. Məncə, bu özünü başqa formada göstərir".Qeyd edək ki, Messi daha öncə verdiyi açıqlamasında maaşının artırılmayacağı təqdirdə komandadan gedəcəyini bildirmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb