“Maşa və Ayı”nın Azərbaycan buraxılışının silinməsi ilə bağlı AÇIQLAMA

09:03 | 04.09.2021
“Maşa və Ayı”nın Azərbaycan buraxılışının silinməsi ilə bağlı AÇIQLAMA

“Maşa və Ayı”nın Azərbaycan buraxılışının silinməsi ilə bağlı AÇIQLAMA

"Maşa və ayı” cizgi filminin istehsalçı şirkəti "Animakkord”un direktoru Dmitri Loveyko Azərbaycan nağılının personajı haqqında olan "Balaca Cırtdan” epizodunun "YouTube" kanalından silinməsi ilə bağlı açıqlama verib.

Müəlliflər titrlarda səhvə yol verib, düzəliş edildikdən sonra həmin seriya yenidən "YouTube"a qaytarılacaq:
 
"Biz başlıqları dəyişirik. Heç bir problem yoxdur. 3 Azərbaycan nağılını hazırlamışıq, bitəndə nümayiş olunacaq. Burada hər hansı siyasi məqsəd yoxdur”. (sfera.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM