Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda toyundan iki həftə sonra sonra vəfat edən gəlinlə bağlı məsələyə münasibət bildirib.
"Masallıda baş verən ölüm hadisəsi ilə bağlı Komitənin rayonda yerləşən Qadın Resurs Mərkəzinin, monitorinq komissiya vasitəsilə araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları da cəlb edilib”.
Komitə rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur:
"18 yaşına çatmayanlar uşaq hesab edilir. Uşaq hüquqları haqqında qanuna və beynəlxalq konvensiyalara əsasən, əsasən, uşaq nikahları yolverilməzdir. Baş vermiş fakt onu göstərir ki, onların 16 yaşı var, qeyri-rəsmi nikahdır. Uşaq nikahlarına yox deyilməlidir, uşaqları nikaha təzyiq edən valideynlər məsuliyyətə cəlb edilməlidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !