• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Masazır sakinlərinin avtobus problemi nə vaxt həllini tapacaq? - Video

Masazır sakinlərinin avtobus problemi nə vaxt həllini tapacaq? - Video
30.05.2024 10:11
Abşeron rayon Masazır qəsəbəsindən Bakı istiqamətinə yalnız bir marşrut xəttinin fəaliyyət göstərməsi sakinlər üçün çətinlik yaradır.
 
 "Xəzərxəbər” xəbər verir ki, minlərlə əhalinin yaşadığı qəsəbəyə yalnız 525 saylı marşrut avtobusu işləyir.
 
Sərnişinlərin sözlərinə görə, bu xətdə olan avtobuslar köhnəldiyindən tez-tez yolda qalır. Üstəlik, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil. Sürücülər isə yeni avtobusların nə vaxt veriləcəyini bilmirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Masazır qəsəbəsi - "Memar Əcəmi” metrostansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində 17 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.

Qeyd olunub ki, marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması ehtimal edilir. Yəni, gələcəkdə Masazır qəsəbəsinə işləyən bu avtobusların dəyişdirilməsi plandadır.
 
Bakıda və paytaxt ətrafında fəaliyyət göstərən, demək olar ki, bütün marşrut xətləri müsabiqəyə çıxarılsa da, 525 saylı xətt hələ də müsabiqəyə çıxarılmayıb.
 
Ətraflı videomaterialda:
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol