Masazırda yeni sürüşmə

11:30 | 18.02.2014
Masazırda yeni sürüşmə

Masazırda yeni sürüşmə

Abşeron rayonunun Masazır qəsəbəsində yeni sürüşmə sahəsi yaranıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.Onun sözlərinə görə, bir necə gün bundan əvvəl Masazırda - "Neaopol" restoranının arxa tərəfində çökmə torpaq olan hissədə sürüşmə baş verib: "Bu, bilavasitə texnogen amilin nəticvəsində baş verib. Orada ətraf ərazilərdə yaşayış sahələri yoxdur. Hazırda orada vəziyyət normaldır".Hazırda sürüşmənin baş verdiyi bu ərazidə vəziyyətin normal olduğunu deyən mütəxəssis hesab edir ki, hələlik orada sürüşmə ərazisinin genişlənəcəyi gözlənilmir. Hazırda ərazidə müşahidələr davam edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti