Maşın onun üçün əldən getdi

16:08 | 13.10.2019
Maşın onun üçün əldən getdi

Maşın onun üçün əldən getdi

"Maşın" realiti-şousunun 18-ci buraxılışında növbəti səsvermə baş tutub.
Axşam.az xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Ramal İsrafilov ilə aktrisa Zümrüd Qasımova olub. Hər iki sənətçinin eyni sayda fotosu atıldığı üçün xalq səsverməsi hesablanıb. Ən az səs Z.Qasımovaya gəldiyi üçün hədəf o olub.
Aktrisa tamaşaçılardan şouda qalması üçün səs istəyib. O, hədəfini açıqlamayıb.
Yarışma boyu iştirakçılar arasında qısa mübahisələr yaşanıb.
Z.Qasımova sonda 48,03 faiz səs toplayaraq, şounu tərk edib.
Qeyd edək ki, şouda oyunu müğənnilər Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu davam etdirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb