Bu gün mediada yayılan xəbərlər "Maşın" şou iştirakçıları Talıb Tale və Xatunun təəccübünə səbəb olub.
Anews.az məlumat verir ki, axşam.az saytının yazdığına görə, finala qalan iki məşhur arasında gizli sövdələşmə olub. Deyilənə görə, Talıb Xatuna maşından əlini çəkməsi üçün 5 min manat təklif edib. Lakin xəbəri eşidən müğənni Xatun Xəbərçi.az-a açıqlama verib:
"Bu cür xəbərlər hardan yayılır anlamıram. Nə pul? Maşın şou bazardır məgər ? Mən Talıbdan pul alaram? Sadəcə gördüm ehtiyacı var o maşına əlimi çəkdim. Allaha and olsun ki, 5 min söhbəti yalan söhbətdir. Sadəcə bu məni gözdən salmaq üçün bəlkə də bir addımdır, amma mən maşın şouya necə getdimsə, elə də simam, adım, xanım-xatunluğum üzərimdə oranı tərk etdim. Bu cür xəbərlər ürək bulandırır. Olmaz belə yalan xəbərlərə tamaşaçı, oxucu da inanmaz. Talıbdan soruşun, əgər mənim nə isə məkirli məqsədim olsaydı deməzdim ki, min bu maşına evinə get, atanı sevindir, evlən. Ayıb olsun !".
Talıb Tale məsələyə münasibət bildirib: "İlkinlə belə bir söhbət olmuşdu. Düşünürdüm ki, İlkin dözməsə, finalda məğlub olsa, ona hədiyyə olaraq 5 min manat hörmət edim. Ancaq o məni rəqib seçdi, özü yarışmanı tərk etdi. Xatunla finala qaldıq. O məndən pul istəməyib. Yarışdıq və mən qalib gəldim. Boş-boş söhbətlərdir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !