“Maşın”da bu gecə Lalə üçün sonuncu ola bilər - FOTO

23:03 | 11.10.2019
“Maşın”da bu gecə Lalə üçün sonuncu ola bilər - FOTO

“Maşın”da bu gecə Lalə üçün sonuncu ola bilər - FOTO

Bu saatdan etibarən "Maşın” realiti şousunun "Maskarad” adlı sürətinin on birinci səs-küylü və mübarizə dolu gecəsinə start verilib.  
Oxu.Az xəbər verir ki, yeddi məşhur, yəni beş xanım və iki bəy dəyəri 50 min manat olan "Opel INSIGNIA” markalı avtomobil uğrunda qızğın mübarizəyə başlayıblar.  
Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov yeddi iştirakçının səsverməsinin nəticələrini açıqlayıb. Şəkli üç nəfər tərəfindən qutuya atılan aparıcı Lalə Mustafayeva tribunaya çıxaraq, tamaşaçılardan oyunda qalması üçün səs istəyib:  

"Gözləmirdim ki, bu tribunaya mən də çıxaram. Burada çox üstümə gəlirdilər, çox danışırdılar, nəhayət mən də səsverməyə çıxdım. Əziz tamaşaçılar, sizdən səs gözləyirəm. Şouda qalmaq istəyirəm”.  
Daha sonra oyunda iştirak edən digər məşhurlara söz verilib.  
Müğənni Niyam Salami vəziyyəti belə şərh edib: "Laləyə hörmət edirəm. Heç yuxuma da girməzdi ki, Lalənin şəkli daha çox qutuya atılar”. 

Müğənni Türkan Vəlizadə də L.Mustafayevaya dəstək olub: "Lalə demişdi ki, mənim tamaşaçılarım zəif ola bilər. Mən isə deyirəm ki, Lalə, sən neçə illərin aparıcısısan və tamaşaçıların mütləq sənə dəstək olacaq. Mən də bu gün Laləyə dəstəyəm”.  

Aparıcı M.Dadaşovun "Hədəfiniz kimdir?” sualına aparıcı belə cavab verib: "Hazırda heç nə bilmirəm. Olduqca həyacanlıyam. Xəbərim belə olmadığı halda mənim şəklim atılıbsa, mən də hədəfimi şounun sonuna kimi açıqlamayacam”.  
Niyam Laləyə səslənərək, bu gün kişi oyunçulara (Niyam Salami, Ramal İsrafilov - red.) toxunulmazlıq statusunu verməsini rica edib. 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb