“Maşın”da ikinci dəfə səsverməyə çıxdı - Nəticə gözlənilməz oldu

09:11 | 07.10.2019
“Maşın”da ikinci dəfə səsverməyə çıxdı - Nəticə gözlənilməz oldu

“Maşın”da ikinci dəfə səsverməyə çıxdı - Nəticə gözlənilməz oldu

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın şou”nun "Maskarad” adlı 18-ci sürətində avtomobil daha bir iştirakçı üçün əldən gedib.
"Qafqazinfo” xəbər verir ki, Xalq artisti Fatma Mahmudova şouda ikinci dəfə SMS səsverməsinə çıxıb. O, 72,09% səs toplayaraq yarışmada qalıb. Müğənni Ayan Babakişiyeva F.Mahmudovanın qərarını elan etməsini gözləmədən əlini maşından çəkib. Ayanın gedişindən sonra Xalq artisti özünü pis hiss etdiyini deyərək yarışmadan kimsəni uzaqlaşdırmayıb. Bununla da Fatma Mahmudova şouda ikinci dəfə səs toplayaraq yarışmadan heç kəsi çıxarmayıbQeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb