• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qalıb - Video

Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qalıb - Video
03.06.2024 18:26
Bu gün günorta saatlarından etibarən "28 Mall” ticarət mərkəzinin parkinq çıxışında böyük tıxac yaranıb. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkədə paylaşım ediblər. 

Təxminən 3 saata yaxın müddətdə ticarət mərkəzinin dayanacağından çıxmaq mümkün olmayıb: "Saat 14:45-dən davam edən tıxac. Havasız parkinq. Hamilə qadından tutmuş yaşlı insanlara qədər hamı dayanıb, "28 Mall”dan çıxış etmək mümkün deyil”.

Vətəndaşlar tıxacın alış-veriş mərkəzinin yaxınlığında su borusunun partlaması ilə əlaqələndirirlər. 

Yaranmış problemlə bağlı "28 Mall”la əlaqə saxlanılıb.Ticarət Mərkəzindən bildirilib ki, sözügedən problem daxili deyil, küçədə yaranan tıxacla əlaqədardır: "Ona görə də biz heç bir tənzimləmə apara bilmirik”. 

"Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin saatlarında ticarət mərkəzinin yerləşdiyi küçədən keçən su borusunda qəza olub.
 
Qurum əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün texnikalarla əraziyə cəlb olunub. Sıxlığın bundan qaynaqlandığı bildirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Cəmiyyət 08:56
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Cəmiyyət 22:30
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 21:45
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Cəmiyyət 19:00
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
Cəmiyyət 17:16
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol