Müasir gənclərin böhranlı yaşı: 25!

18:41 | 03.10.2014
Müasir gənclərin böhranlı yaşı: 25!

Müasir gənclərin böhranlı yaşı: 25!

Yaşıdlarının zəngin, xoşbəxt görən gənclər 25 yaşlaırnda olarkən böhran keçirirlər. Mütəxəssislər buna "orta yaş böhranı" deyirlər. Ən xırda problemdən tutmuş ən böyük bədbəxtçiliklərlə qarşılaşan gənc "orta yaş böhranı"na düşə bilər.

ANN.Az xəbər verir ki, hətta universiteti bitirib özünə iş tapa bilməyən gənc də ağır kriz keçirir. GQ (Gentlemen's Quarterly) jurnalı bu böhrana yeni bir ad verib: "dörddəbir yaş böhranı". Kişilərin aylıq jurnalı yazır ki, ictimai media və xüsusilə məşhurların zənginlik yaşı, gəncləri hələ 25 yaşındaykən böhrana sürükləyir. Yeni nəsil ağır bir iqtisadi gələcək və ictimai medianın meydana gətirə biləcəyi risklərlə bərabər böyüyür. Məşhur yaşıdları kimi zəngin ola bilməyənlər, orta yaş böhranını erkən zamanda yaşayırlar. Universiteti bitirdikdən sonra belə işsiz qalınması gəncləri dörddəbir yaş böhranına salmağa qadirdir. Zirvədəki gənclərABŞ-da tanınan ən gənc aktrisalardan biri, eləcə də ssenariləri ilə məşhurlaşan  Lena Dunham (28 yaşı var) 2013-ci ildə 4 milyon avrodan çox pul qazanıb. Yaxud sosial media nümunəsi olan "Snapchat"ın yaradıcısı Evan Spigel 24 yaşında milyarder olub, dünyanın hər yerində fenomen olan "Tinder"in qurucusu Sean Rad isə hələ 27 yaşında şöhrətin zirvəsinə ucalıb.Yaxud ictimai mediada milyonlarla pərəstişkarı olan Rihanna  ilk albomunu çıxardığında 19 yaşı vardı. Hazırda 26 yaşında olan müğənni keçən il 28 milyon avro qazana bildi. Evlənmə yaşı artdı Sosial media gənclərin "dörddəbir yaş böhranı"na girmələrinə başlıca səbəb kimi göstərilir. Məşhurların parıltılı həyatları və ictimai mediadakı paylaşmaları gəncləri təsir altına salır, həsəd hissi artır və özlərini qeyri-kafi hiss etmələrinə səbəb olur. Mütəxəssislər evlənmə yaşının belə iqtisadi vəziyyətlə doğru mütənasib olduğunu söyləyirlər. 1981-ci ildə kişilər üçün orta evlənmə yaşı 25 idisə, hazırda bu yaş həddi 32-yə qalxıb. Bunun əsas səbəbi maddi problemlərin çoxluğu, iqtisadi çatışmazlıqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM