Müasir rəssamların yaradıcılığında milli miras - FOTO

22:08 | 24.02.2014
Müasir rəssamların yaradıcılığında milli miras - FOTO

Müasir rəssamların yaradıcılığında milli miras - FOTO

L. Qasımova"İncəsənət nə elmdir, nə də riyaziyyat. İncəsənət - əhval-ruhiyyədir - baxın və tamaşa edin!" - N.P.Krımov.“Baku Creative Center”in fəaliyyət göstərməsinin iki illiyinin bayram edilməsi, rəssamların öz şəkillərini, heykəllərini təqdim etməsi, həmçinin özünəməxsus interpretasiyada dünya hitlərinin müşayiəti sərginin şən keçməsinə vəsilə oldu.Tədbirin səbəbkarları,Mərkəzin direktoru Emin Yasinovun rəhbərliyi ilə kollektiv, qonaqlar, incəsənətə laqeyd qalmayan televiziya və KİV nümayəndələri bu tədbirdə iştirakdan və insanlarla, şəkillərlə ünsiyyətdə gözəl vaxt keçirdilər, tortdan həzz aldılar.Sərgilər imkan verir ki, rəssamlar öz əl işlərini tamaşaçıların ixtiyarına versinlər, incəsənət həvəskarları və sadəcə incəsənətlə maraqlananlar bizi əhatə edən dünyanın gözəlliyini görsünlər və rəssamın ruhunun istiliyini duysunlar.Mərkəzin ikiilliyinə uyğunlaşdırılmış sərgi milli koloritlərlə zəngin idi. Qalereyada Azərbaycan ruhu tərənnüm olunurdu.Şəkillərin süjetləri xalq incəsənətinin gözəlliklərini və bizim rəssamlarımızın Azərbaycan motivlərindən - xalq alətlərindən, xalçalardan, köhnə şəhərdən, Qız qalasından, məişət predmetlərindən, köhnə Bakı küçələrindən, evlərdən, həmçinin meyvələrimizdən, nardan, armuddan necə istifadə etmələrini göstərirdi.Çingiz Mehbaliyevin iki əl işi maraq doğurdu. Onun şəkillərində Azərbaycan musiqi alətləri təsvir edilmişdi - tar, saz, kamança, zurna, nağara, qaval. Onlar milli xalçalara və vərəqlərə sanki notlarla hörülmüşdülər. Onların ətrafını – Qobustanın abidələri, milli şirniyyat növü olan şəkərbura şəkilləri və xalça ornamentləri bəzəmişdi. Bu əl işlərinə baxdıqca adam özünü tarix müzeyinə düşübmüş kimi hiss edirdi.İki natürmort - Fərhad Hacıyev və Elnur Kərimov onunla diqqəti cəlb etdi ki, hər bir rəssam iş prosesində öz sevimli predmetlərindən istifadə edir. Əgər Hacıyev nardan istifadə edirsə, onda Kərimov - armud, şaftalı və üzümə üstünlük verir.Ramiz Abbasovun "Şərq şəhəri" rəsmi sərginin qonaqlarında təbəssüm doğurdu. Böyük, qalın kətanda köhnə Bakı evi və həyəti təsvir edilmişdi. Və burada nələr yoxdu. Traktor, iki motosikl, düz evin bloklarının yanında durmuş köhnə yük maşını. Köhnə taxta masada yarımçıq yeyilmiş qarpız və boş butulka var, torpaqda uşaq tərəfindən unudulmuş ayı uzanmışdı. Evin eyvanlarında velosipedlər, xalçalar, paltar və nə gəldi asılmışdı. Bu ev böyük bazara bənzəyirdi.Aytən Şirzadovanın qrafik işləri sərginin qadın iştirakçıları arasında maraq doğurdu. Onun beş şəkilində cazibəli qızlar təsvir edilmişdi. Biri fikrini toplayırdı, digər ikisi rəqs edirdi, dördüncüsü şəkil çəkirdi, beşincisi isə nəfəsli alətdə ifa edirdi.Bu, sirli və cazibəli şərq qadını tipi idi.Nəfis interyer, qadınların geyimi, onların aksessuarları, musiqi alətləri, heykəlciklər və hətta qəlyan - cah-calalı, var-dövləti və həzzi sevən şərq gözəlləri özlərini bu predmetlərlə əhatə edirlər.Mərkəzin bu əlamətdar günündə fırça ustası, rəssam Fərhad Hacıyev dörd əl işini təqdim etdi - "Natürmort"," Toy", Mayaklar" və "Qoruq".Əbülfəz Fərəcoğlu, Ceyhun Həmzəyev, Telman Şıxıyev, Mənsur Əzimov da həmçinin kənarda qalmadılar və mərkəzin kiçik yubileyi münasibətilə, öz rəsmlərini sərgiyə çıxartdılar, bununla da həm qonaqları sevindirmiş oldular, həm də tədbirə bayram əhval-ruhiyyəsi qatdılar.Bu tədbirdə iki il boyunca “Baku Creative Center”lə əməkdaşlıq edən rəssamların əl işləri vardı.Mərkəzin kollektivini təbrik etmək üçün daimi qonaqlar da gəlmişdilər, indiyədək onlar burada keçirilən heç bir tədbiri buraxmsyıblar.Sənətşünas və mərkəzin kuratoru Fərəh Ələkbərlinin məhsuldar işini qeyd etmək istərdim, o, nəinki rəssamlarla, həmçinin jurnalistlərlə işləyir və qonaqları az qala adbaad tanıyır. Mərkəzin “Facebook” rəsmi səhifəsində o rəssamlar haqqında, onların əl işləri, dahi aforizmlər, rəsm dünyasında yenikliklərlə bağlı tez-tez maraqlı informasiyalar yerləşdirilir.Bir daha, ad gününüz mübarək, “Baku Creative Center”!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb