"Blindsight” Telepatiyadan sonra "Neuralink”in növbəti məhsuludur... Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq", - Mask yazıb.
Onun sözlərinə görə, implant artıq meymunlar üzərində sınaqdan keçirilir və təcrübələr zamanı onlara heç bir zərər dəyməyib.
"Neuralink” ilk dəfə insan beyninə çip yerləşdirilməsini həyata keçirib. Bu barədə yanvarın 31-də məlumat verilib. Bu, İlon Maskın əsl beyin-kompüter interfeysi yaratmaq üçün iddialı layihəsində ilk addımdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !