Mask insanlar üzərində beyin çipini test etmək istəyir - ABŞ icazə vermir

10:41 | 03.03.2023
Mask insanlar üzərində beyin çipini test etmək istəyir - ABŞ icazə vermir

Mask insanlar üzərində beyin çipini test etmək istəyir - ABŞ icazə vermir

ABŞ Qida və Dərman İdarəsi, İlon Maskın yaratdığı Neuralink şirkətinə düşüncə gücü ilə xarici cihazları idarə etmək üçün beyinə mikroçip implantasiyasını nəzərdə tutan testlər keçirməyə icazə verməkdən imtina edib. Bu barədə Reuters yazıb.

 Reuters-in məlumatına görə, imtinadan bir il keçib. Buna baxmayaraq, şirkət Neuralink nümayəndələrinin nöqteyi-nəzərindən yaxın gələcəkdə sınaqlara icazə verməyə səbəb olmayacaq texnologiyanı təkmilləşdirmək üçün hələ də səy göstərir.
 
2022-ci ilin noyabrında Mask öz startapının ilk məhsulunu, ciddi görmə qüsuru olan insanlar üçün nəzərdə tutulmuş cihazı təqdim edib. Milyarderin fikrincə, gələcəkdə çiplər piylənmə, autizm, depressiya və ya şizofreniya kimi xəstəlikləri müalicə edə biləcək.

Bundan əvvəl Evening Standard xəbər vermişdi ki, Avstraliya ordusu zehni əmrlərdən istifadə edərək robot itləri idarə etmək üzərində təcrübə aparır.
 
İlon Mask 2023-cü ilin əvvəlində açıqlanan hesabata görə yenidən dünyanın ən varlı birinci adamı seçilib. Belə ki, onun sərvəti 187,1 milyard dollara yüksəlib.
 
Həm də ilin əvvəlində Mask itirilmiş şəxsi pula görə dünya rekordunu qıraraq Ginnesin Rekordlar Kitabına düşüb. İl ərzində biznesmenin şəxsi kapitalı 183 milyard dollar azalıb, 2021-ci ilin noyabrında onun kapitalı 320,3 milyard dollara çatıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb