Mask LGBT qanunlarına görə, SpaceX-in qərargahını Texasa köçürür

17:14 | 17.07.2024
Mask LGBT qanunlarına görə, SpaceX-in qərargahını Texasa köçürür

Mask LGBT qanunlarına görə, SpaceX-in qərargahını Texasa köçürür

Bazar ertəsi, hazırda kosmik texnologiya istehsalçısının baş qərargahının yerləşdiyi Kaliforniya ştatının qubernatoru yerli məktəblərdə LGBT uşaqların hüquqlarını qoruyan qanun layihəsini imzalayıb. Bundan hiddətlənən Amerikalı milyarder sahibkar İlon Mask  SpaceX şirkətinin baş ofisinin Texasa köçürüldüyünü bildirib. Bu barədə Deutsche Welle xəbər verir.

"Bu, bardağı daşıran son damladır. Bu qanun və ondan əvvəl qəbul edilən həm ailələri, həm də şirkətləri hədəf alan bir çox digər qanunlara görə, SpaceX öz qərargahını Kaliforniya ştatının Hawthorne şəhərindən Texasın Starbase şəhərinə  köçürür” – Mask X-də yazıb.

Bazar ertəsi Kaliforniya qubernatoru Gavin Newsom imzaladığı qanuna görə, bundan sonra məktəb uşaqlarınınn transseksual olması barədə valideynlərə məlumat verilməsini qadağan edən qanun imzalayıb. 

Beləliklə Kaliforniya ABŞ-ın qərb sahilində belə bir qanun qəbul edən ilk ştat olub.  Qanunun tərəfdarları hesab edir ki, bununla LGBT olanların məxfiliyini qorumağa kömək edəcəklər.  Valideynləri uşaqların cinsiyyətinin müəyyən edilməsi ilə bağlı xəbərdar etməyi əvvəllər məktəb şuraları tələb edirdi. 

Qubernatorun qərarından sonra Mask yazıb ki, qanunvericilik "valideyn hüquqlarının kütləvi şəkildə pozulması” ilə nəticələnir və uşaqları "dönməz zərər riski” ilə üz-üzə qoyur.

Daha əvvəl bildirilmişdi ki, Tesla və SpaceX şirkətlərinin rəhbəri, həmçinin X sosial şəbəkəsinin sahibi (keçmiş Twitter) prezident seçkilərində Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən komitəyə ayda təxminən 45 milyon dollar ianə etməyi planlaşdırır. 

Mask keçən şənbə Pensilvaniyada Trampa qarşı sui-qəsddən sonra onun namizədliyini açıq dəstəkləyib.
 
"Mən prezident Trampı tam dəstəkləyirəm və onun tezliklə sağalacağına ümid edirəm",  - o  X-də yazıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM