"Kasperski Laboratoriyası" şirkəti "Maska" qlobal kibercasus şəbəkəsini ifşa edib. Kibercinayətkarların fəaliyyəti dövlət təşkilatları, səfirliklər, energetika və neft-qaz şirkətlərinə qarşı hədəflənib.“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, məlumatlara görə, hakerlər müxtəlif platformalar, həmçinin “Mac OS X” və “Linux” üçün hazırlanmış zərərli proqram təminatından istifadə ediblər. "Kasperski Laboratoriyası"nın əməkdaşları hesab edir ki, "Maska" şəbəkəsinin iştirakçıları 31 ölkənin təşkilatlarına hücum həyata keçiriblər.Ekspertlər hesab edirlər ki, kibercinayətkarlar müxtəlif sənədlərə, şifrləmə açarlarına və başqa mühüm informasiyalara çıxış əldə ediblər."Ətraflı araşdırmadan sonra məlum olub ki, bu proqramın müəllifləri üçün ispan dili ana dilidir" – "Kasperski Laboratoriyası"nın Qlobal tədqiqat mərkəzinin direktoru Kostin Rayyu deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !