• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən açıqlama

Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən açıqlama
13.01.2021 12:20
Feysbuk sosial şəbəkəsində  polisin vətəndaşları əsassız bölməyə apararaq protokol yazması barədə ittihamların səsləndirməsi müzakirəyə səbəb olub. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, həmin şəxslərlə  əlaqə saxlanılıb, məlumat dəqiqləşdirilib. Məlum olub ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə bir qrup şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Polis əməkdaşları  tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol tam əsaslıdır, hər hansı hüquq pozuntusu yoxdur. 
 
"Tövsiyə edirik ki, sosial şəbəkə istifadəçiləri polis haqqında hər hansı məlumatı tirajlayarkən diqqətli olsunlar. Çünki sosial şəbəkələrdə "fakt” kimi təqdim olunan, feyk xəbərlər dəqiqləşdirilməklə yoxlanılır. Feyk xəbərlər əsasən saxta, manipulyasiya məqsədilə yaradılan hesablarda paylaşılaraq, həqiqət kimi təqdim olunur. Buna ənənəvi mediadan fərqli olaraq sosial media istifadəçilərinin paylaşımlarında daha çox rast gəlinir. Daxili işlər orqanlarının fəaliyyəti insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Pademiya şəraitində vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - deyə Hacıyev bildirib.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol