Qadının evindən 10 min manat aparılıb.Bu gecə saat 04:30 radələrində Şəmkirin keçəli kəndində yaşayış evinə maskalı şəxslər basqın ediblər. ANS PRESS xəbər verir ki, basqın 1967-ci il təvəllüdlü Zülfiyyə Qəhrəman qızı Qəhrəmanovanın mənzilinə olunub. Gecə evə girən 2 nəfər maskalı şəxs, qadını bıçaqla qorxudaraq, evdə olan 10 min manat pulu götürüb. Onlar daha sonra evdən qaçıblar.Polis evin yaxınlığından həmin şəxslərin istifadə etdikləri maskaları tapıb. Hazırda evə silahlı hücum edən maskalılar axtarılır.Qeyd edək ki Zülfiyyə Qəhrəmanova Keçili kənd tam orta məktəbində müəllimə işləyir. Onun uzun müddətdir sələmlə pul verməsi barədə faktlar üzə çıxıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !