Amerikalı milyarder İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə "müntəzəm əlaqə" saxladığı iddia edilir. Bu barədə " The Wall Street Journal” mənbələrə istinadən yazır.
"Dünyanın ən varlı adamı və ABŞ-ın kosmos tədqiqatlarının sütunu olan İlon Mask 2022-ci ilin sonundan etibarən Rusiya prezidenti Vladimir Putinlə müntəzəm əlaqə saxlayır”, - nəşr bildirib.
Nəşrin yazdığı kimi, iddia edilən əlaqələr Qərbdə bir neçə indiki və keçmiş məmur tərəfindən "təsdiqlənib”.
WSJ həmçinin iddia edir ki, Putin və Musk arasında "söhbətlər”in mövzuları arasında Tayvan məsələsi də olub.
WSJ yazır ki, ABŞ ordusu və kəşfiyyat orqanları ilə dərin işgüzar əlaqələri inkişaf etdirib ki, bu da ona Amerikanın ən gizli kosmik proqramlarını izləmək üçün unikal imkan verir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !