Maşın radara çırpıldı: ölən var

09:00 | 09.12.2013
Maşın radara çırpıldı: ölən var

Maşın radara çırpıldı: ölən var

Qaradağ rayonunda Qobustan-Ələt magistral avtomobil yolunda Daşgül qəsəbəsi ərazisində bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib. APA-nın xəbərinə görə,  1979-cu il təvəllüdlü  İsgəndərov İsgəndər Yurdçu oğlunun idarə etdiyi “VAZ-2106” markalı  10-DS-776 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq  yolun kənarındakı radar dirəyinə  çırpılıb.  Maşındakı sərnişin, 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində ölüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu gəlib. Onlar maşında sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq, aidiyyatı üzrə təhvil veriblər. Hadisə ilə bağlı FHN-nin rəsmi saytı da məlumat yayıb. ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM