• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Maştağada kişi öldürüldü - 21 yaşlı gənc saxlanılıb

Maştağada kişi öldürüldü - 21 yaşlı gənc saxlanılıb
14.10.2024 10:09
Oktyabrın 13-ü gecə saatlarında Sabunçunun Maştağa qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində yerləşdirildiyi tibb müəssisəsində ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü M. Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***


Sabunçu Rayon Prokurorluğunun məlumatına görə, oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2003-cü M. Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M. Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol