Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Master Card ilə əməkdaşlıq çərçivəsində Hesab.az saytı vasitəsilə ödəniş həyata keçirən abunəçilər üçün xüsusi kampaniyaya start verir. İndi Bakcell abunəçiləri Master Card vasitəsilə hesab.az saytında onlayn ödənişlər edərkən əlavə BONUS dəqiqələr qazanacaqlar. Kampaniyanın qaydaları çox sadədir: •Onlayn ödəniş etmək üçün hesab.az səhifəsində “Master Card”ı seçin; •Ödənişdən əvvəl açılan sahəyə Bakcell nömrənizi daxil edin.Daxil edilən nömrə CIN tarifində olduqda, bonus dəqiqələr avtomatik olaraq həmin nömrənin balansına yüklənilir. Əgər nömrə Klass və ya Gold tarifinə aiddirsə, bonus dəqiqələr 10 rəqəmli kod şəklində abunəçiyə göndərilir və həmin kod istənilən CIN nömrəsinə hədiyyə verilə bilər. Bonusu qazanmaq üçün CIN abunəçisi bu kodu 5555-ə göndərməlidir.
Onlayn ödənişin məbləğindən asılı olaraq bonus dəqiqələr müxtəlif olur.Bakcell ödəmələri zamanı: