"Mançester Yunayted" klubunun futbolçusu Xuan Mata Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində sabah qarşılaşacaqları "Bavariya" ilə oyun haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan ispaniyalı futbolçu "Bavariya" səddini keçə biləcəklərini iddia edib:"Nyukasl"la görüşdə qələbə qazanmaqla Almaniyaya yaxşı əhval-ruhiyyədə yollanmığımız önəmli idi. Komanda olaraq enerjimiz yerindədir. Mən də komanda yoldaşlarımı evdə, televiziya qarşısında dəstəkləyəcəyəm. "Alyanz Arena" Avropanın ən çətin stadionlarından biridir. Ancaq biz də "Mançester Yunayted"ik və "Bavariya" səddini keçə bilərik"Qeyd edək ki, Mata yanvar ayına qədər "Çelsi"nin heyətində Çempionlar Liqasında iştirak etdiyi üçün mövsümün qalan bölümündə "Mançester Yunayted"ə kömək edə bilməyəcək.Əlavə edək ki, "Bavariya" - "Mançester Yunayted" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !