“Mauqli”nin məğlub etdiyi Orlov azərbaycanlı iş adamının mühafizəçisidir - FOTO

13:13 | 05.12.2018
Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.

Anews.az Reytinq.az-a istinadən xəbər verir ki, "Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı "Molekul Ada” ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.

Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.

Yevgeni Orlovun Azərbaycana xüsusi rəğbəti var. Bu isə təsadüfi deyil. Yevgeni Orlov İtaliyada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun sözlərinə görə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb.

O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır. 
 




www.anews.az