"Qalatasaray” PSJ-nin hücumçusu Mauro İkardinin transferini rəsmən açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata əsasən, Argentinalı forvard 2022/23 mövsümünün sonuna kimi !Qalatasaray" tərəfindən icarəyə götürülüb.
Mətbuat mənsublarına açıqlama verən İkardi fanatları görmək üçün səbirsiz olduğunu deyib.
"Mən bura gəlməmişdən əvvəl də azarkeşlərin marağı inanılmaz idi. Çox həyəcanlıyam, burada inanılmaz mühit var. Bir illik buradayam, sonrasına baxarıq”, - Mauro İkardi deyib.
Mauro İkardi 2019-cu ilin sentyabrından PSJ- formasında çıxış edir. O, Fransa klubunun tərkibində 92 oyuna çıxıb, 38 qol vurub.
Argentinalı hücumçu daha öncə İtaliyada "Sampdoriya” və "İnter” komandalarında oynayıb. 29 yaşlı futbolçu, həmçinin, Argentina yığmasında da 8 oyuna çıxıb və 1 qol vurub.
İstanbul təmsilçisi, bundan başqa, "Norviç Siti”dən Milot Raşiçanı, "Olborq”dan Matias Ross Yenseni, "Rapid”dən isə Yusuf Dəmiri transfer edib.
Sadiq Cavadov
www.anews.az