Mayda Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş keçiriləcək

23:19 | 28.03.2024
Mayda Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş keçiriləcək

Mayda Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş keçiriləcək

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər.Bu barədə erməni mətbuatı xəbər verib.

"Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq", - erməni spiker bildirib.

O, əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə əvvəlki görüş konstruktiv şəraitdə keçib.

Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb