Mayda Şuşaya ilk köç baş tutacaq. Bu barədə report Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimova istinadan yazıb.
O bildirib ki, ilkin mərhələdə 370 ailənin köçürülüməsi nəzərdə tutulub. 2026-ci ilə qədər isə 110 yaşayış binasının tikilməsi gözlənilir.
"Bu komplekslə birlikdə 2026-cı ilin sonuna hədəfimiz 110 yaşayış binası inşa etməkdir. Bunlar dörd, beş və ya altımərtəbəli binalar olacaq. Bu da bizə təxminən 8000 nəfəri yerləşdirməyə imkan yaradacaq. Bütün bu binalar yeni istilik izolyasiya standartlarına uyğun olaraq tikiləcək. Nəticədə onların enerji səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq”, - o vurğulayıb.
2020-ci ilin noyabrında Azərbaycan Şuşaya nəzarəti tam bərpa edib. 2021-ci il şəhər Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2026-cı ilin sonuna qədər ən azı 140 min insanın Qarabağa və Şərqi Zəngəzura köçürülməsi planlarını açıqlayıb.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2026-cı ilin sonuna qədər ən azı 140 min insanın Qarabağa və Şərqi Zəngəzura köçürülməsi planlarını açıqlayıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !