ANS PRESS-in məlumatına görə, onlar yanvarın 22-də Minskdə Ukrayna səfirliyinin yanında Taras Şevçenkonun abidəsi ətrafına toplaşmış kiçik aksiya dəstəsinin üzvü olublar.
Etirazçılar Ukraynanın dövlət himnini oxumuş, heç bir şüar səsləndirməmişlər. Aksiyaçıların əllərində Maydanda həlak olmuş belarus Mixail Jiznevskinin portretləri də olub.
Xəbər verilir ki, burada aksiya iştirakçılarından 9-u mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb. Həbs edilənlərin məhkəməsi qapalı keçirilib. Həbs olunanların arasında kinorejissor Olqa Nikolayçik də var. Pensiyaçı Nina Baqinskaya icazə verilməmiş aksiyada iştirak etdiyi üçün 240 dollar məbləğində cərimə olunub.
Qeyd edək ki, məhkəmə dinləməsində Ukrayna səfirliyinin rəsmiləri də iştirak ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !