Kiyevin “Müstəqillik meydanı”na yağış yağmasına baxmayaraq 10 mindən çox insan toplaşıb.
ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “UNİAN” agentliyi yayıb. Müxalifət liderləri səhnəyə çıxaraq növbə ilə çıxış ediblər. “Berkut” xüsusi təyinatlı dəstə tərəfindən döyülən eks daxili işlər naziri Yuri Luçenkonun həyat yoldaşı İrina Luçenko qədim bask şüarını misal çəkərək sona kimi dayanmağı təklif edib. Müğənni Ruslana isə deyib ki, 50 gün davam edən nümayişlər texnoloqlar üçün yeni informasiyadır.
Xatırladaq ki, Ukraynanın digər şəhərlərində də ictimai fəalların və müxalifətin iştirakı ilə “Avromaydan” adı ilə nümayişlər keçirilir. Müxalifət liderləri ölkənin ən əri müəssisələrinə müraciət edərək bildiriblər ki, Ukrayna hökuməti müxalifətin tələbini yanvarın 21-dək yerinə yetirməsələr, yanvarın 24-də tətilə çıxsınlar.