Ukraynanın paytaxtı Kiyev şəhərində baş verən hadisələr zamanı bir azərbaycanlı itkin düşüb.Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur. R. Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır: “Fevralın 19-da Turçindən Kiyevə anasının yanına gəlib və axşam saatlarında evdən çıxarkən anasına Maydana getdiyini, Kiyevə də elə bu məqsədlə gəldiyini bildirib. Həmin gecə səhərə qədər evə gəlməyib və fevralın 20-də səhər Maydanda baş verən atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib, mobil telefonu söndürülüb və yaxın dost-tanışından da heç kimin artıq onu görmədiyini bildirib”. R. Tağıyev T. Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !