Maydanda itkin düşdüyü deyilən azərbaycanlı tapıldı

12:10 | 30.01.2014
Maydanda itkin düşdüyü deyilən azərbaycanlı tapıldı

Maydanda itkin düşdüyü deyilən azərbaycanlı tapıldı

Ukraynada Avromaydanda Azərbaycan vətəndaşı Mirişov Yusifin itkin düşməsi haqda məlumat yayılıb. ANS PRESS-in məlumatına görə, həmin şəxsin Avromaydandakı aksiyalarda müxalifət tərəfdarları kimi iştirak etdiyi bildirilir. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, bu barədə onlara 5 gün öncə xəbər daxil olub. Diasporun əməkdaşları məsələni araşdırmaq üçün Yusif Mirişovun artıq bir aydır birlikdə Avromeydanda çıxış edən dostları ilə görüşüblər. Onlar bildiriblər ki, əvvəlcə Yusif Mirişovun itkin düşməsi deyilsə də daha sonra məlum olub ki, o, heç kimə demədən öz istəyi ilə meydanı tərk edərək Kiyevdəki evinə gedib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM