Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deputatları fevralın 27-də yeni Nazirlər Kabinetinin formalaşdırılmasını başa çatdırmağa çağırıb.APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, A. Turçinov bildirib ki, bu həftənin cümə axşamı milli etimad koalisiyası parlamentdə səsverməyə çıxarılmalıdır. “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk isə yeni hökumətdə Maydan hərəkatının liderlərinin iştirakını zəruri sayıb. Bu sırada o, “Eurovision” müsabiqəsinin qalibi, xalq artisti Ruslana Lıjiçko, Maydanın tibb xidmətinin koordinatoru Oleq Musiy və aktivist İqor Lutsenkonun adlarını çəkib. A. Yasenyuk Kiyev-Mogilyan Akademiyasının rektoru Sergey Kvit, məşhur tibb professoru, ictimai xadim və müğənni Olqa Boqomoletsin də hökumətdə təmsil olunmasını istəyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !