• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Mayın 25-də Minskdə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Mayın 25-də Minskdə KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
23.05.2023 20:35
Mayın 25-də Minskdə Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

"Mayın 25-də Minskdə Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək”, - o deyib.

Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin güc və vasitələrinin komandanlıq-nəzarət orqanlarının və birləşmələrinin birgə təlimi, hərbi-texniki əməkdaşlıqla bağlı sənədlərə baxılması planlaşdırılır.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

 
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol