Superağır çəki kateqoriyasında boks üzrə dünya çempionu, amerikalı Mayk Tayson noyabrda Krıma səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a promouter Vladimir Xryunov bildirib.
"Payızda o, Krıma gələcək. Biz onu noyabrın 28-də Rusiyada gözləyirik”, - Xryunov deyib.
Noyabrın 28-də Rusiyada daha bir məşhur boksçu – Roy Cons-kiçiyin döyüşü planlaşdırılıb. Boksçu bu yaxınlarda Rusiya vətəndaşlığını ala bilər.
Tayson karyerasına 2005-ci ildə son qoyub. Onun siyahısında 50 qələbə (44-ü nokautla), altı məğlubiyyət var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !