Mayın 5-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-18 dərəcə isti olacaq.
Mayın 5-də Azərbaycanın əksər rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !