Onun sözlərinə görə, dəniz nəqliyyat xəttinin açılması Mazandaran ilə Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək: "Düzdür, hazırda Azərbaycanla İranın bəzi limanları arasında dəniz əlaqələri var, lakin turizmin inkişafı üçün sərnişin daşımaları sahəsində gəmi reysləri yoxdur. Odur ki, biz birbaşa dəniz reysinin açılmasını istəyirik və hazırda bu istiqamətdə işləyirik. Yaxın vaxtlarda bu reysin açılmasını gözləyirik".
R.F.Cilodar Mazandaran əyalətindən Azərbaycana ixracatın həcmini artırmaq, bir başa gediş-gəlişlərin təşkili məqsədi ilə Sari şəhərində Azərbaycanın konsulluğunun fəaliyyət göstərilməsini təklif etdi. "Konsulluğun Sari şəhərində açılması ilə bağlı məsələ İranın Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq. Əgər Azərbaycan tərəfi buna razılıq verərsə, konsulluğun açılmasını biz yaxın zamanda həyata keçirməyə hazırıq. Çünki, konsulluğun açılması əlaqələrimizin inkişafında müstəsna rol oynayacaq. //trend.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !