Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında film çəkiləcək. Filmin ssenari müəllifi gənc yazar Nicat Əjdərdir. “Axar.az”a “Azərbaycanın Rusiyadakı diasporları ilə də əlaqə saxlayıb əməkdaşlıq etmək istədiyimizi demişik, onlar da bizə yardım edəcəklərinə söz veriblər”,- deyən Nicat Əjdər əsəri “Era production”un ekranlaşdıracağını bildirib:“Ruslan bəylə biz layihə rəhbəriyik. Mən də ssenari rəhbəriyəm. Ssenari kitab şəklində çıxıb bizdə. Filmi çəkməkdə məqsədimiz Azərbaycan gəncləri və gələcək nəsillər üçün örnək olaraq milli ruhda çəkmək istəyirik bu filmi, yəni milli ideologiyamızın bizdən tələb etdiyi kimi. Azərbaycanın bütövlüyünü qorumaq, Azərbaycanı sevmək, Azərbaycanın bayrağına məhəbbətlə yanaşmaq üçün böyük əhəmiyyət kəsb edən epizodlar var o ssenaridə. O təkcə Mübarizin öz yaşadığı həyat tərzi deyil, o filmlə həm də biz dünya standartlarına uyğun film çəkib milli qəhrəmanımızı dünyaya tanıtdırmaq istəyirik. Həm də ki, Azərbaycan gəncləri üçün örnək olaraq yeni dəyərli bir məhsul əldə etmək istəyirik. Bu barədə tam şəkildə hələ heç bir kinematoqraflarla, rejissorlarla, operatorlarla danışılmayıb. Fikrimizdə var ki, büdcəmizin uyğunluğuna baxaraq, əlverişli variant olsa, xaricdən 2-3 nəfər dəvət edə ki, işimiz tam yaxşı olsun.
Onlardan xahiş eləyərdim ki... Bu iş təkcə bizim işimiz deyil. Bu ümumi xalqın işidi, çünki biz Azərbaycanın igid bir oğlu haqqında, şəhid bir oğlu haqqında film çəkirik. Bu işdə hər sahədə bizə kim zərrə qədər də yardım göstərirsə, demək, bizlə əməkdaşlıq eləyir, bir vətənpərvər kimi borcunu yerinə yetirir. Azərbaycanda hal-hazırda belə filmlərə çoxlu şirkətlər, insanlar, xeyriyyəçilər yardım göstərirlər. Və mən onlardan xahiş eləyərdim ki, bizlərlə əməkdaşlıq eləmək istəsələr, biz onları gözləyirik. İnanırıq ki, onlar belə bir işdə, gözəl filmin ərsəyə gəlməsində bizə dəstək olacaqlar.
Dünya standartlarına uyğun film çəkmək istəyirik Bədii film olacaq. Biz şəhidin ailəsindən, atasından müsahibə götürmüşük, kitabın Atatürk mərkəzində təqdimatı keçirilib, orda Azərbaycanın tanınmış ziyalıları iştirak etmişdi. Biz son model kameralardan istifadə etməklə, tam dünya standartlarına uyğun olan film çəkmək istəyirik. Buna görə də kifayət qədər çox maliyyə lazımdır.
Səhnədən xəbəri olmayan insanlar da ola bilər Bütün rollarda Azərbaycan aktyorları olacaq, çünki xarici aktyor gəlib bizim olduğumuz kimi o rolu oynaya bilməz. Ola bilər, tanınmış aktyorlar olsun, heç səhnədən xəbəri olmayan insanlar da ola bilər. O bizim rejissorumuzun və yaxud da kastinq aparan insanlarımızın fikirlərindən sonra dəqiqləşəcək. Onları hələ dəqiqləşdirməmişik.
Azərbaycanda gəncləri üçün o filmlərin heç bir əhəmiyyəti yoxdur Qeyd eləmək istəyirəm ki, prezidentimiz İlham Əliyev böyük məbləğdə kino-seriallar üçün pul ayırıb. Yəni, sizli-bizli hamımız telekanallara baxırıq. Səhərdən-axşama qədər məhəbbət mövzularında, romantik mövzularda gedən filmlərdir. Azərbaycanın gələcəyi üçün, Azərbaycanda böyüyən gənclər üçün o filmlərin heç bir əhəmiyyəti yoxdur. O filmlərə, seriallara baxan azərbaycanlı gənc hansı milli ruhda böyüyə bilər ki, sabah əlinə silah alıb Azərbaycanın keşiyində dayansın, torpaqlarımızı qorusun.
Qarşımıza məqsəd qoymuşuq ki... Odur ki, biz qarşımıza məqsəd qoymuşuq ki, bu tipli filmləri çəkməyi ardıcıl olaraq - yəni təkcə Mübarizin filmini çəkib dayanmaqla yox – davam etdirək. Müasir dövr qəhrəmanlarımızın həyatını filmləşdirmək lazımdır. Qoy, bizim gənclərimiz şəhid qəhrəmanlarımızı tanısınlar, o ruhda böyüsünlər. Torpağa necə bağlı olmağı, vətəni, torpağı sevməyi onlardan öyrənsinlər. Və sabah vətənin keşiyində durmağa hazır olsunlar.
Azərbaycanın mentalitetinə uyğun olan bir ssenari yazılıb Kitabda Mübariz İbrahimovun 5 yaşından şəhid olan gününə qədər olan tarix ssenariləşdirilib. Biz İbrahimovun valideynləri ilə, yaxınları ilə görüşmüşük, onlardan çoxlu informasiyalar almışıq. Yəni, Mübarizin yaşadığı həyat tərzini, hansı yolda gedibsə onları, bir də kinossenari alınması üçün öz fantaziyalarımızı, ideyalarımızı əlavə eləmişik. Azərbaycanın mentalitetinə uyğun olan bir ssenari yazılıb. Məsəlçün, filmin əvvəlində 1993-cü ilin may ayından da bir neçə ay əvvələ qədər yazılıb o ssenari.
Mən bu ssenarini özümə borc bilib yazmışım Bu bizim birinci işimizdir. Mən meyxana ustasıyam. Mənə sual verirlər ki, bunu gündəmə gəlmək üçün edirsiniz. Deyirəm, xeyir, mən bu ssenarini tək Nicat Mənalı olaraq yox, bir Azərbaycan vətəndaşı kimi özümə borc bilib yazmışım. Əgər gündəmə gəlmək lazım olsaydı, mənim öz sənətim mənim üçün daha əlverişlidir gündəmə gəlmək üçün. Bu yolda bizə hər hansı köməklik, əməkdaşlıq eləyəcək hər kəsə öz təşəkkürümüzü bildiririk. Bu işdə bizimlə ilk əməkdaşlıq etməyə başlayan “Vision.tv”, Elvin bəydir. Bununla bağlı bir çox insanlarla görüşmüşük. Çoxları bu işə mənfəət mənbəyi kimi baxır, amma biz Elvin bəydə o təşəbbüsü gördük ki, o bir Azərbaycan vətandaşı kimi bu işin ərsəyə gəlməyinə səy göstərir.
Biz bu filmi “Era production” olaraq Ruslan İsmayılov, Nicat Əjdər oğlu və “Vision TV”dən Elvin bəylə birlikdə ərsəyə gətirmək fikrindəyik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !