ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, “business-jet”lərin sayı son 7 ildə iki dəfə artıb.
Təyyarələrin orta “yaşı” 8 ildir, onlardan ən yeniləri restoranlar kralı Ferit Şahenkə (“Gulfstream” G280 və G550) və azərbaycanlı milyarder, gəmiçilik maqnatı Mübariz Mənsimova (“Falcon 2000EX”) məxsusdur. Mənsimovun təyyarəsi həmçinin dayanmadan ən uzağa uça bilən “business-jet”lərdən sayılır. Onun təyyarəsi 11 min kilometr məsafəyə birbaşa uça bilir. Ən uzağa uça bilən isə Ferit Şahenkin “Gulfsteam”idir - 12 min 501 kilometr.
Türkiyə zənginlərinə məxsus özəl jetlərin orta qiyməti 20 milyon dollara yaxındır. Lakin Mübariz Mənsimov da daxil olmaqla bəzi zənginlərin təyyarələrinin qiymətləri orta qiymətdən iki-üç dəfə yuxarıdır. Məsələn, Mənsimovun “Falcon”u 50 milyon dollar qiymətindədir. Mənsimovun təyyarəsi “Palmali” holdinqinə daxil olan “Palmali jet” təyyarə kirayələmə şirkətində qeydiyyatdadır.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !