Mübariz Qurbanlı: Novruzun dinlə əlaqəsi yoxdur

10:15 | 18.03.2015
Mübariz Qurbanlı: Novruzun dinlə əlaqəsi yoxdur

Mübariz Qurbanlı: Novruzun dinlə əlaqəsi yoxdur

Novruz xalqımızın ən qədim bayramlarından biridir. Bu bayramın dinlə əlaqəsi yoxdur. Bayram yeni ilin gəlişi bayramıdır.

Oxu.Az xəbər verir ki, bunu hakim "Yeni Azərbaycan” Partiyasının saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri bildirib ki, əslində bəşəriyyətdə həmişə yeni ilin gəlişi baharın gəlişi ilə olub.

"Qədim Romada, Yunanıstanda, Misirdə, Hindstanda yeni ili baharın gəlməsi ilə qeyd ediblər. Çünki baharda həyat canlanır, torpaq oyanır və s. Ona görə yeni il kimi qeyd olunub”.

M.Qurbanlının sözlərinə görə, Novruz yeni gün deməkdir.

"Bu, çox gözəl bayramdır. Bayram münasibətilə bütün xalqımızı, o cümlədən YAP-ın üzvlərini tədbirk edrəm, insanlara cansağlığı, uğurlar, bahar təravəti, rifah arzu edirəm.  Biz güclü dövlət qurmuşuq, ölkəmiz inkişaf edir. Möhtərəm Prezidentimiz başda olmaqla Azərbaycan xalqı bu bahar bayramını yeni-yeni uğurlarla qeyd edir. Bir daha bütün ölkə vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edirəm”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM