Mübariz Qurbanlının deputat mandatı ləğv edildi

17:36 | 13.10.2014
Mübariz Qurbanlının deputat mandatı ləğv edildi

Mübariz Qurbanlının deputat mandatı ləğv edildi

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. İclasda qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuş M.Qurbanlı deputat mandatının ləğv edilməsi üçün ərizə ilə MSK-ya müraciət edib.M.Qurbanlının müraciəti müzakirə edilərək onun deputat mandatının ləğv edilməsi barədə qərar qəbul edilib.Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM