“Mübariz” snayperi silahlanmaya qəbul edilir

11:42 | 17.12.2013
“Mübariz” snayperi silahlanmaya qəbul edilir

“Mübariz” snayperi silahlanmaya qəbul edilir

Müdafiə Sənayesi Nazirliyi (MSN) mütəxəssisləri tərəfindən yaradılmış 12, 7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib.

 Nazirin sözlərinə görə, silah üzərində təkmilləşmələr yekunlaşıb. 

Qeyd edək ki, silaha Azərbaycanın Milli qəhrəmanı  Mübariz İbrahimovun adı verilib. «Mübariz» «İstiqlal» antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb