Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Marif kollecinin yataqxananın həyətində baş verib. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb.
Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !