McDonald’s-da silahlı insident

10:41 | 13.02.2014
McDonald’s-da silahlı insident

McDonald’s-da silahlı insident

Amerikada gənc qız McDonald’s-da atəş açıb. ANS PRESS-in WSBT-ə istinadən verdiyi məlumata görə, 29 yaşlı Şanke Torris rəfiqəsilə McDonald’s-a istirahətə gedib. Qızlar restoranda “təcili yemək” şöbəsinə gedərək sifariş edib. Qızların sifarişi səhv gətirilib. Şanke Torris əsəbləşib və yenidən “təcili yemək” şöbəsinə yaxınlaşıb və sifarişinin səhv verildiyini bildirib.Restoran işçiləri yol verdikləri səhvə görə üzr istəyiblər və müştərinin sifarişini ikinci dəfə pulsuz veriblər. Şanke Torrisə bu dəfə də verdiyi sifarişi səhv gətiriblər. Bundan çox əsəbləşən Şanke Torris təhqir olunduğunu düşünüb.Gənc qız çantasından tapança çıxarıb və “təcili yemək” şöbəsinə gələrək söyüş söyüb. Daha sonra əsəblərini cilovlaya bilməyən Şanke Torris tapança ilə pəncərələrə atəş açıb. McDonald’s-ın bütün şüşələrini qırıb və daha sonra restorandan çıxıb. Qızın rəfiqəsi isə qorxudan ərazidən qaçıb.Əlində silah restorandan çıxan Şanke Torrisi polis həbs edib. Xoşbətxlikdən insidentdə heç kim yaralanmayıb.Hazırda Şanke Torris fevral ayının 21-də məhkəmə qarşısında cavab verəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti