ABŞ-ın "fast-food" nəhəngi "McDonalds" 2009-2013-cü illər arasında 1 milyard avro həcmində vergidən yayınmaqda şübhəli bilinib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Avropadakı həmkarlar ittifaqları "McDonalds"ın Lüksemburqdakı şirkətlərinin 1 milyon avro həcmində vergidən yayındığını bəyan edib və təftişin aparılması üçün Avropa Komissiyasını ölkəyə dəvət edib.
Son zamanlar vergidən yayınma halları üzrə skandallar Avropanın gündəm mövzularından birinə çevrilib. Bundan əvvəl də ayrı-ayrı Avropa ölkələrində vergidən yayınma hallarına görə məşhur şirkətlərə qarşı iddialar qaldırılmışdı. Onlar arasında "Fiat" və "amazon.com" şirkətləri də var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !