Yaxın günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə kollegiya iclası keçiriləcək.Publika.Az -ın Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, iclas zamanı Müdafiə Nazirliyinin bir neçə rəsmisinin də nazir Zakir Həsənovun əmri ilə tutduğu vəzifədən azad olunması gözlənilir.Mötəbər mənbə yaxın vaxtlarda vəzifəsindən azad olunması gözlənilən həmin şəxslərin adlarını da açıqlayıb. Bunlar aşağıdakı kimidir:Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov,Azərbaycanın Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov,Azərbaycan Silahlı Qüvvələrinin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev,Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsi tərbiyə işləri idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov,Azərbaycan Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !