Müdafiə Naziri Moskvada mühüm sənəd imzaladı

13:51 | 11.11.2014
Müdafiə Naziri Moskvada mühüm sənəd imzaladı

Müdafiə Naziri Moskvada mühüm sənəd imzaladı

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Moskvada səfərdədir.

ANN.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM