Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

14:44 | 01.01.2014
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Ötən gün Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Nazirliyin rəhbərliyi ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, general-polkovnik Zakir Həsənov hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan, müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.

Z.Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 

Sonda müdafiə naziri adından əsgərlərə bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Azərtac

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM