Müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə toplantı keçirdi

14:31 | 11.01.2014
Müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə toplantı keçirdi

Müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə toplantı keçirdi

Yanvarın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

 

Toplantı Azərbaycan prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM