Müdafiə naziri xəstə əsgərləri ziarət etdi

15:29 | 25.06.2014
Müdafiə naziri xəstə əsgərləri ziarət etdi

Müdafiə naziri xəstə əsgərləri ziarət etdi

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür