Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hazırda Ağdamdadır.Bu barədə məlumatı virtualaz.org saytının Ağdama ezam olunmuş əməkdaşı verib.Müdafiə nazirinin korteji bir neçə dəqiqə əvvəl Ağdam rayonunun Əfətli kəndi istiqamətində hərəkət edib. Zakir Həsənov Azərbaycan ordusunun cəbhə bölgəsində yerləşən mövqelərinə baş çəkəcək.Əfətliyə gedən yollar polis əməkdaşları və nazirliyin hərbi maşınları tərəfindən nəzarətə götürülüb.
ANN.Az
11:06
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 3-də Goranboy rayonunda cəbhə xəttində olub.
APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşının məlumatına görə, ön xəttə baş çəkən nazir şəxsi heyətlə görüşüb, vəziyyətlə tanış olub.Z. Həsənov düşmənin son günlər intensivləşən hücumlarını dəf edərkən fərqlənən hərbçiləri təltif edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !